Sarkisyan Qırğızıstana gedib
Ermənistan prezidenti Serj Sarkisyan Qırğızıstana səfər edib. Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, Sarkisyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələri dövlət başçılarının görüşündə iştirak etmək üçün Bişkekdə səfərdədir. Qeyri-rəsmi görüş aprelin 14-də keçiriləcək. Həmin gün Avrasiya İqtisadi Birliyinin dövlət başçıları səviyyəsində Avrasiya Ali İqtisadi Şurasının iclasının keçirilməsi də nəzərdə tutulub. Qeyd edək ki, Avrasiya İqtisadi Birliyinə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan daxildir. KTMT-də isə sadalanan ölkələrlə yanaşı, Tacikistan da təmsil olunur.(virtual)
13 Aprel, 2017 16:41 ⁄ Baxılıb: 1508
Bu bölmədə23 Aprel, 2024 Aİ İrana qarşı sanksiyalarını davam etdirir1 Mart, 2024 Zelenskinin Ermənistana səfəri baş tutmayacaq22 Noyabr, 2022 Putin Soltanovskiyi vəzifəsindən azad etdi25 Oktyabr, 2022 Britaniyanın yeni Baş naziri vəzifəsinin icrasına başladı |