Simsar.az | bizi özünüzə Simsar bilin
Masallıda bıçaqlanma

Masallıda bıçaqlanma hadisəsi baş verib. Masallı şəhər sakini, 1978-ci il təvəllüdlü Emil Ədalət oğlu Sultanov bıçaqlanıb. Masallı Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilən zərərçəkən əməliyyat olunub, vəziyyəti orta-ağırdır.

Hadisəni törədən şəxsin adı açıqlanmasa da, artıq saxlandığı bildirilir. Onun həbsdən yeni çıxdığı müəyyənləşib. Fakt bağlı araşdırma aparılır.(apa)

13 Aprel, 2017  15:52 Baxılıb: 1265

Bu bölmədə