“Facebook” ilə “Google”-nin əməkdaşlığı baş tutmadı
“Google” şirkətinin baş direktoru Arik Şmidt “Facebook”la əməkdaşlıq etməyə cəhd göstərdiklərini, ancaq bu cəhdlərinin nəticə vermədiyini açıqlayıb. Simsar.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Arik Şmidt hər iki şirkətin təmsilçilərinin San-Fransisko konfransında görüşdüklərini söyləyib. O qeyd edib ki, bütün mümkün variantlar təklif olunmasına baxmayaraq, “Facebook” “Google” ilə əməkdaşlığa və “Google”nin onun baza məlumatlarına çıxış əldə etməsi təklifinə etirazını bildirib: “Biz “Facebook”u əməkdaşlığın zəruri olmasına inandırmağa çalışsaq da, onlar bizimlə müqavilə imzalamağa hazır deyillər”.
2 İyun, 2011 02:52 ⁄ Baxılıb: 1227
Bu bölmədə7 Avqust, 2019 Yaponiyada sərnişin dronu sınaqdan keçirildi26 Oktyabr, 2016 “Windows” Azərbaycan istifadəçilərinin problemini həll etdi3 Mart, 2015 Apple Micrasoftu üstələdi - FOTO26 Fevral, 2015 1 Gb sürətli kanal yaradılır - Azərbaycanda |