Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycanda gizli informasiya şəbəkəsi

Ötən ilin aprel ayında erməni işğalında olan Füzuli rayonunun “Lələ Təpə” yüksəkliyinin azad ediıməsi uğrunda Azərbaycan Milli Ordusu böyük əzmlə qəhrəmanlıq göstərdiyi bir məqamda gözlənilmədən Rusiyaya məxsus “SPUTNİK MEDİA HOlDİNQİ”nin 4 nəfər müxbiri heç bir akkredasiyaları olmadan savaş bölgəsinə getmişdilər. Onların məqsədi bölgədəki durumla ilgili ən dəqiq bilgiləri toplamaq idi. Azərbaycan hökuməti bu dəvətsiz müsafirləri dərhal sınırdışı etmişdi. Sonradan bəlli oldu ki, bu media holdinqin əsil sahibi erməni mənşəli maqnat Aram Qabrielyanovdur.

Uzaq strateji hədəf

Bu gün telekommunikasiya vasitələrinin sürətlə inkişaf etdiyi bir dönəmdə informaisya məkanı ən gəlirli sahələrdən biri olmaq üzrə ön sırada yer alır. Ona görə də, Rusiya kimi nəhəng bir ölkədə bu sektorda xeyli sayda erməni milyonçuları çalışırlar. Onlardan biri də Aram Qabrielyanovdur. Onun təsisçisi olduğu və Rusiyanın ən nəhəng informasiya şəbəkələrindən biri sayılan “İzvestiya”, “News Media”, “Jizn” və “Tvoy Den” qəzetlərinin, “LifeNewsи” Мarker internet resursunun, “Jara” dərgisinin səhmlərinin və toplam 100 milyon dollarlıq vəsaitin sahibidir. Aram Qabrielyanov faktiki olaraq “Baltiya Mediya Qrupu” adı altında daha qlobal xarakterli bir media maqnatı sayılır. Onun Rusiyanın çeşidli bölgələrində sahibi olduğu çoxlu KİV-lər var. Bunların sırasında “Slovo molodyeji”, “Simbirskie qubernskie vedomosti”, “Mestnoe vremya”, “Skifı”, “Vedomosti”, “Krasnoyarskiy komsomolets”, “Ças pik”, “Moskovskie vedomosti” və “Jizn” qəzetlərini örnək göstərmək olar. Gündəlik nəşr olunan “Jizn” qəzeti iki milyon tirajla çıxır. 2005-ci ildə Moskvada “İzdatelskiy Dom” nəşriyyatını təsis etdikdən sonra, onun media biznesi də çiçəklənməyə başlamışdır. “Jizn” qəzeti Rusiyanın 50 iri şəhərində yerli mətbu orqan statusu ilə çap olunur. Bu redaksiyanın səhmlərinin ümumi dəyəri 40 milyon dollardır. 2007-ci ildə təsis etdiyi “Tvoy Den” gündəlik tabloidin sayəsində ölkənin nəhəng media maqnatlarından birinə çevrilib. 2008-ci ildə isə UFG qaydaları əsasında “News Media” holdinqinin gerçək sahibi sayılır. Bunun ardınca isə ən populyar “LifeShowbiz.ru” və “Life.ru” və “LifeSports.ru” faktiki sahibi kimi böyük gəlirlər əldə edir. 2010-cu ildə isə  yaratdığı “Marker” sosial şəbəkəsi onun gəlirlərinin sürətli şəkildə artması ilə müşahidə olunmuşdur. Daha sonra “Smena”, “Nevskie vremya və “Veçernıy Peterburq” kimi nüfuzlu qəzetlərin sahibi statusunu qazanmışdır.

2013-ci ildən etibarən Aram Qabrielyanov daha geniş masştabda media maqnatı olmaq iddiası ilə “SPUTNİK MEDİA HOlDİNQİ”ni yaratdı. Rusiyanın sınırları dışında online yayım, informasiya mərkəzi, radio, turizm, mədəniyyət, şou-biznes, polis və digər yayım xidmət sektorlarını yaradıb. Bu holdinqin ABŞ (Vaşinqton), Pekin (Çin), Misir (Qahirə), İngiltərə (London və Edinburq), Uruqvay (Montevido), Gürcüstan (Tiflis), Qırğızstan (Bişkek), Azərbaycan (Bakı), “Ermənistan (İrəvan), Almaniya (Berlin), Türkiyə (Ankara), Fransa (Paris), İspaniya (Madrid), İtaliya (Roma), İran (Tehran), Qazaxıstan (Astana), Moldova (Kişinyov), Tacikstan (Düşənbə), Özbəkistan (Daşkənd), Polşa (Varşava), Çexiya (Praqa), Estoniya (Tallinn), Latviya (Riqa), Pakistan (İslamabad), Belorus (Minsk) xidmətləri fəaliyyət göstərir. Bundan əlavə, Qafqazda, Türkiyə, Suriya, İraq vəv İranda etnik separatizmə xidmət edən abxaz, osetin, erməni və kürd dillərində özəl yayım xidmətləri fəaliyyət göstərir. Hazırda “SPUTNİK MEDİA HOlDİNQİ”nin 14 milyon nəfərdən çox abunəçisi vardır. Buradan canlı yayımlar, inforqrafiya, reportajlar və başqa xidmətlər daha operativ şəkildə dinləyicilər və oxuçuların auditoriyasını özünə cəlb edə bilir. “SimilarWeb” xidmətinin sayəsində dünyada gündəlik olaraq 41 milyon nəfər oxucu kütləsinə malikdir. “SPUTNİK MEDİA HOlDİNQİ”in strateji gizlinləri

“Galaxy-19” peykinin xidmətlərindən yararlanaraq, FM, DAB/DAB+ (rəqəmsal yayım), ND Radio yayımları ilə yanaşı, mobil və internet xidmətlərində də fəallıq göstərir. Əldə etdiyimiz bilgilərə görə, “SPUTNİK MEDİA HOlDİNQİ”in “Azərbaycan versiyası” adına fəaliyyət göstərən “SPUTNİK.AZ” saytı ölkənin bütün bölgələri boyunca xüsusi müxbir postlarına malikdir. Bu saytın əməkdaşları Azərbaycan media məkanında ən yüksək səviyyədə maaş alırlar. Saytın baş redaktoru isə anası erməni mənşəli olan Əziz Əliyev adlı birisidir. O, uzun müddət Moskvada Aram Qabrielyanovun rəhbərliyi altında “Jizn” qəzetinin əməkdaşı kimi fəaliyyət göstərib. 1990-cı və 2000-ci illərdə Azərbaycanın informasiya məkanında etnik separatizmə və ermənilərin işğalçılıq siyasətinə xidmət edən bir sıra informasiya mərkəzləri ilə aparılan uzun mübarizədən sonra bu boşluğa indi də “SPUTNİK MEDİA HOlDİNQİ” daxil olubdur. Bir zamanlar Modest Kolerovun rəhbərliyi altında “Regnum” agentliyi Azərbaycanın informasiya məkanında əldə etdiyi bütün məlumatları və təhlilləri Ermənistana necə ötürürdüsə, həmin missiya bu gün daha etibarlı əllərə keçib.

Qeyd edək ki, Rusiyada bu dövlətin və böyük rus xalqının milli duyğuları ilə asanlıqla “alver” edən erməni işadamları əslində Ermənistan xüsusi xidmət orqanları ilə birgə çalışırlar. Bunun örnəyi kimi, media maqnatı Rafel Akopovun rəhbəri olduğu media şəbəkəsini göstərmək olar. O, “Rambler” internet kompaniyasının səhmlərinin 54.8 faizinə sahibdir. “Prof-Media” holdinqi, “Sentral Partneship” kino şirkəti, “Sinema Park” kino-teatrlar şəbəkəsi, Wayfarer Media Limited (səhmlərinin dəyəri 360 milyon dollardır) şirkəti, “MTV Rossiya”, “TV3” və “VN1 Rossiya” telekanalları məhz bu missiyanı həyata keçirir. Dünyanın ən zəngin işadamı və media maqnatı kimi tanınan Samvel Karapetyan (Rusiya, 4 milyard dollar), Danil Xaçaturov (Rusiya, 1.6 milyard dollar), Sergey Qalitskiy (Rusiya, gerçək soyadı Arutyunyan, 9.4 milyard) və Eduardo Ermekyan (Argentina, 1.9 milyard) dollar sərvətin sahibidirlər. 2015-ci ildə ABŞ-da yaşayan erməni işadamı Kirk Kirkoryan (Rusiya müğənnisi Filipp Kirkorovun əmisi) 98 yaşında vəfat etməzdən öncə Ermənistanın inkişafına şəxsi vəsaitindən 200 milyon dollar ayırmışdır.

Biz demirik ki, Rusiya və Azərbaycan münasibətlərində informasiya mübadiləsi olmasın. Ancaq, bu məsələdə hər iki tərəf qarşılıqlı etimad əsasında addım atmalıdırlar. Erməni işadamlarına məxsus olan media şəbəkələrinin Azərbaycanda dolayı vasitələrlə ayaq açmalarına qətiyyən yol verilməməlidir.

Unutmayaq ki, 1813 və 1828-ci illərdə Azərbaycanın işğal edilməsi və ikiyə bölünməsi prosesində işğalçılıq siyasətinə ən çox dəstək verən ermənilər oldu. Bu azmış kimi, aradan qısa zaman keçdikdən sonra, ermənilər bütün bu acıları unutdurma siyasətini apardılar. Hətta bütün Yaxın Şərq ölkələrindən kütləvi şəkildə köçərək torpaqlarımızda məskunlaşdılar. 1897-1905-ci illərdə Azərbaycanın bütün bölgələrində ermənilər bizlərə qarşı şiddətli silahlı saldırılar siyasətini yürütdülər. 19071914-cü illərdə isə bütün bunları unutdurmağa çalışdılar. 1914-1918-ci illərdə Güney və Quzey Azərbaycan xalqımıza qarşı ən qəddar soyqırımları törətdilər. 1920-1940-cı illər aralığında sovet rejiminin sərt repressiya siyasətinin tərkib hissəsi olaraq xalqımız tarixin ən acı dönəmini yaşadı və bu yöndə ermənilər kommunist siyasətinin vuran qılıncı statusu ilə çıxış etdilər. 1948-1950-ci illərdə Ermənistan adlanan ölkədən 200 mindən çox soydaşımızı deportasiya etdilər. 1960-1970-ci illərdə bu acıları unutdurmağa çalışdılar. 1987-1994-cü illərdə Ermənistan soydaşlarımızı son nəfərinə kimi deportasiya etdi. Daha sonra Azərbaycanın Qarabağ bölgəsini tamamilə işğala məruz qoydu. Bir milyondan çox soydaşımız didərgin salındı. 1997-ci ildən üzü bu yana erməni ekspansionizminin unutdurulması planları həyata keçirilir. Bütün bunlar isə media vasitəsilə tətbiq olunur. Bunca unutqan xalq olmağa bizlərin ixtiyarımız yoxdur.

Bu gün Əziz Əliyev kimi qanı qarşıq olanın birisi Moskvadakı erməni işadamlarının pulu ilə Azərbaycanda nəhəng media şəbəkəsi quraraq, ermənilərin işğalçılıq siyasətinin dərin hədəflərini unutdurmağa çalışır. Budur milli media siyasətimizin astar üzü. Bu yöndə görəsən Azərbaycan hakimiyyəti gərəkən addımları atacaqmı? Ermənilərin parası ilə çalışan “RİA Novosti” kimi bir agentliyi Azərbaycan hakimiyyəti onların özəl təmsilçiliyini qapatma siyasətini aparanda peşəkar media mənsubları iqtidarın bu addımını alqışlarla qarşıladı. İndi həmin “RİA Novosti” agentliyi gedib oturub Dərbənddə və Marko Şaxbanov adlı birisi hələ də Azərbaycana qarşı “etnik separatizm” siyasətini körükləməkdə davam edir. Ancaq, onun bütün şabaları mənasız bir məcrada it-bata çevrilib. Görəsən “sputnik.az” saytının gerçək sahibinin kim olduğundan Azərbaycan hakimiyyətinin xəbəri varmı? Biz Rusiyada və özəlliklə də Moskvada yaşayanlar erməni media maqnatlarının Azərbaycan xalqına və dövlətinə qarşı hədəflərini yaxşı görürük. Tövsiəmiz budur ki, gözlərinizi açın və erməninin parası ilə Azərbaycanda fəaliyyət göstərən hər hansı bir şirkəti, medianın yaxına buraxmayın. Keçmişdə bir xalq kimi buraxdığımız səhvləri bir daha təkrar etməmək üçün.

Xudaferin.eu

7 Aprel, 2017  18:41 Baxılıb: 1672

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası