Azərbaycanda əmək pensiyaçılarının sayı açıqlanıb
Azərbaycanda əmək pensiyaçılarının sayı 1 aprel tarixinə 1 milyon 319 min nəfər təşkil edir. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev "APA-Economics"ə bildirib ki, əmək pensiyaçılarının 59,3%-i yaşa görə, 11,4%-i ailə başçısını itirməyə görə, 29,3%-i isə əlilliyə görə pensiya alanlardır. E.Babayevin sözlərinə görə, cari ilin ötən dövründə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondu üzrə ümumi daxilolmaların səviyyəsi pensiyaların vaxtında maliyyələşdirilməsinə imkan verib. “Ölkə üzrə əmək pensiyalarında artım dinamikasının davamı kimi, əmək pensiyalarının orta aylıq məbləği bu ilin əvvəli ilə müqayisədə 5,3% artaraq 1 aprel tarixinə 202,38 manata çatıb. Hazırda ölkə üzrə yaşa görə əmək pensiyalarının orta aylıq məbləği əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 44,9% təşkil edir ki, bu da Avropa Sosial Xartiyasının tələblərinə cavab verir”, - deyə E.Babayev əlavə edib.
7 Aprel, 2017 18:32 ⁄ Baxılıb: 1253
Bu bölmədə19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək18 Aprel, 2024 Ağcabədi rayonunun 110 min manatlıq yolu... FOTO18 Aprel, 2024 “WhatsApp”da yeni funksiya var |