Simsar.az | bizi özünüzə Simsar bilin
Rusiyada qətl törədən qardaşlar Azərbaycanda tutulub

Rusiyada qətl hadisəsi törətməkdə təqsirləndirilən şəxslər Azərbaycanda saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi (ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurma)  ilə axtarışda olanlar Dağıstan Əzimov və qardaşı Rəfael tutulublar.(apa)

7 Aprel, 2017  12:38 Baxılıb: 1527

Bu bölmədə