Simsar.az | bizi özünüzə Simsar bilin
Sabah 18 dərəcə isti olacaq

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Simsar.az-a verilən məlumata görə, aprelin 7-də Bakıda və Abşeron yarımadasında hava şəraiti  dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman, axşam çiskin olacağı ehtimalı var. Cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 14-18 dərəcə isti, Bakıda gecə 4-6, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə və gündüz 70-80 % təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, aprelin 9-dək Abşeron yarımadasında mülayim yaz havası meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin bəzi qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-7, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

6 Aprel, 2017  14:30 Baxılıb: 1531

Bu bölmədə