Simsar.az | bizi özünüzə Simsar bilin
Qəddafi dedi: son qanına qədər vuruşacaq

Müdaxilə etməyin

Liviya prezidenti Müəmmər Qəddafi ölkəsini tərk etməyəcəyini növbəti dəfə bəyan edib.

Simsar.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, bunu mayın 31-də Tripolidə Müəmmər Qəddafi ilə görüşən Cənubi Afrika Respublikasının prezidenti Ceykoba Zuma söyləyib. Müəmmər Qəddafi görüşdə deyib ki, sona qədər mübarizə aparmaqda qərarlıdır və hər hansı vasitəçinin buna müdaxilə etməməsini xahiş edib. 


Qeyd edək ki, Müəmmər Qəddafinin prezident postundan və ölkədən getməsi liviyalı qiyamçıların əsas tələbidir. NATO aviasiyasının və hərbi məsləhətçilərinin yardımı ilə Liviya ordusuna qarşı döyüşən qiyamçılar bu şərtlərindən geri çəkilməyəcəklərini bildirirlər.


Müəmmər Qəddafinin son bəyanatından sonra İtaliya xarici işlər naziri Franko Frattini liviyalı qiyamçılara yanacaq və Müəmmər Qəddafi rejiminin hesablarında dondurulmuş milyonlarla dollar vəsait veriləcəyini bəyan edib.

1 İyun, 2011  20:52 Baxılıb: 1106

Bu bölmədə