Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycanın axtardığı insan alverçisi tutuldu

Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs tutulub. Lent.az xəbər verir ki, martın 27-də İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində insan alverində təqsirləndirilən və barəsində İnterpol xətti ilə axtarış elan edilmiş 1960-cı il təvəllüdlü Babayev Mirdamət Ağaməhəmməd oğlu həbs edilərək istintaq orqanına təqdim edilib.

Bildirilir ki, Bakı şəhər sakini olan M.Babayev əvvəllər də məhkum olunub və məhkəmə onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243-cü maddəsi (fahişəliyə cəlb etmə) ilə təqsirli bilərək axtarışa verib. Azərbaycandan qaçdığı üçün onun barəsində beynəlxalq axtarışa elan olunub.

28 Mart, 2017  17:25 Baxılıb: 1392

Bu bölmədə