Simsar.az | bizi özünüzə Simsar bilin
Qanunsuz silah-sursat müsadirə edildi

Qanunsuz saxlanılan silah-sursat müsadirə edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində Nardaran qəsəbə sakini Elman Gəncəlizadə müvafiq sənədləri olmayan “İJ-70” markalı ov tüfəngini könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil verib.

Bundan başqa, İmişli rayonunun Məmmədli kənd sakini Akif Kərimzadənin evinə baxış zamanı müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng, Yardımlı rayon sakini Cəlal Vəliyevdən 1 ədəd nömrəsi silinmiş “Liama” markalı tapança, 1 ədəd nömrəsi silinmiş “AK” markalı silah və 13 ədəd avtomat patronu, Balakən rayonu Talalar kəndində yaşayan Cahangir Balayevin evinə baxış zamanı isə müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng və 23 ədəd patron aşkar edilərək götürülüb.

28 Mart, 2017  13:34 Baxılıb: 1512

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası