Simsar.az | bizi özünüzə Simsar bilin
Bakıda fəhlə müəmmalı şəkildə öldü

Bakıda daş sexində ölüm hadisəsi baş verib. Hadisə Müşfiqabad qəsəbəsində qeydə alınıb. Belə ki, daş sexində fəhlə işləyən 1966-ci il təvəllüdlü İmanov Mürşüd Səyyad oğlu iş başında naməlum səbəbdən qəfildən ölüb.

Onun ölümünün səbəblərinin araşdırılması üçün əraziyə Qaradağ Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib.

M.İmanovun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.(report)

28 Mart, 2017  11:41 Baxılıb: 1186

Bu bölmədə