Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycan və Ermənistan xarici işləri nazirləri Moskvada görüşəcəklər

Azərbaycan və Ermənistan xarici işlər nazirləri hər iki ölkə prezidentinin görüşünün təşkili məqsədilə görüşəcəklər. "İnterfax" xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland İrəvanda keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, hər iki ölkə prezidentinin görüşü üçün uyğun şəraitin yaradılması məqsədi ilə müəyyən işlər aparılır: “İki ölkənin xarici işlər nazirləri prezidentlərin görüşünün təşkili üçün yaxın gələcəkdə, yəni bir aydan daha tez müddətdə Moskvada görüşəcəklər”

27 Mart, 2017  18:38 Baxılıb: 1632

Bu bölmədə