Simsar.az | bizi özünüzə Simsar bilin
İranda sel nəticəsində 7 nəfər ölüb

İranın bir neçə əyalətində sel fəlakəti 7 nəfərin həyatına son qoyub. Ötən 3 gün ərzində davamlı və güclü yağışlar 15 əyalətdə, o cümlədən Tehran, İlam, Buşəhr, Cənubi Xorasan, Rəzəvi Xorasan, Xuzestan, Sistan və Bəluçistan, Fars, Qəzvin, Kirman, Kirmanşah və digər yerlərdə daşqınlara səbəb olub.

Sel nəticəsində indiyədək 7 nəfər ölüb. 2900 nəfər xilas edilib və zəruri ehtiyacları təmin olunub.  101 ev sudan təmizlənib.

Həyatını itirən şəxslərdən 4 nəfəri bir ailənin üzvüdür. Onlar Buşəhr əyalətində, daha 3 nəfər isə Fars əyalətində ölüb.(apa)

27 Mart, 2017  15:20 Baxılıb: 1839

Bu bölmədə