Azərbaycan Türkiyəyə qaz ixracını azaldıb
Bu ilin yanvar ayında Azərbaycandan Türkiyəyə 590,35 mln. kubmetr təbii qaz ixrac edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 0,7% azdır. "APA-Economics" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarlarına Tənzimlənməsi üzrə Qurumunun (EPDK) açıqladığı statistikada qeyd edilib. Xatırladaq ki, 2016-cı ilin yanvar ayında Azərbaycan Türkiyəyə 594,46 mln. kubmetr təbii qaz ixrac edib. Yanvarın sonuna ola göstəricilərə əsasən, Türkiyənin qaz idxalında Azərbaycanın payı 9,98%-dir. Ötən ilin yanvar ayında bu göstərici 11,02% olub. Qeyd edək ki, bu ilin yanvar ayında Türkiyəyə ümumilikdə 5 mlrd. 914,34 mln. kubmetr təbii qaz idxal edilib. Türkiyəyə qaz idxal edən ölkələrin siyahısına Rusiya başçılıq edir. Yanvarda şimal qonşumuz Türkiyəyə 2 mlrd. 829,41 mln. kubmetr təbii qaz nəql edib. İkinci yerdə qərarlaşan İran qardaş ölkəyə 789,58 mln. kubmetr qaz satıb. Üçüncü yerdəki Əlcəzair Türkiyəyə 636,6 mln. kubmetr təbii qaz ixrac edib.
27 Mart, 2017 14:43 ⁄ Baxılıb: 1533
Bu bölmədə5 Yanvar, 2023 Azərbaycan nefti kəskin ucuzlaşdı24 Noyabr, 2022 Azərbaycan nefti ucuzlaşdı23 Noyabr, 2022 Bu günə olan valyuta məzənnələri18 Noyabr, 2022 Bu günə olan valyuta məzənnələri18 Noyabr, 2022 Azərbaycan nefti ucuzlaşmaqda davam edir |