Gecə klubunda cinayət
Bakıda gecə klubunda qətl törədilib. Martın 25-də Xırdalan şəhərinin "Quşçuluq" yaşayış sahəsində yaşayan Rahil Məlikovun evində həmyerlisi, dostu Telman Məmmədovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Araşdırmalar zamanı T.Məmmədovun paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klublardan birində oranın inzibatçısı - Bakı şəhər sakini Fərhad Musayevlə aralarında baş verən münaqişə zəminində sonuncu tərəfindən yumruqla vurulduğu və yıxılması nəticəsində başından xəsarət alması, sonra dostu ilə birgə onun evinə gələrək orada öldüyü müəyyən edilib. Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Musayev tutulub.(apa)
27 Mart, 2017 13:13 ⁄ Baxılıb: 1567
Bu bölmədə19 Aprel, 2024 Mingəçevirdə 20 yaşlı oğlan bıçaqlandı18 Aprel, 2024 31 yaşlı kişi tövlədə özünü asdı17 Aprel, 2024 Aytən Səfərova yol qəzasına düşüb – Ölən var1 Mart, 2024 Göyçayda 1 nəfər kanalda batıb27 Fevral, 2024 Bakıda həkim sevgilisi ilə birgə xanımını döydü |