Ermənilər Şuşa Məscidində qazıntı işləri aparırlar
İşğal altında olan Şuşa şəhərinin Yuxarı Məscidində qazıntı və təmizləmə işlərinə başlanılıb. APA-nın “armenpress.am”-a istinadən verdiyi xəbərə görə, işləri “Şərq tarixi irsinin dirçəlişi fondu" aparır. “Tarixi mühitin qorunması xidməti” dövlət müəssisənin direktoru Marat Şahmaryanın sözlərinə görə, işlər 20-25 gün davam edəcək. “Xarici mütəxəssislərin köməyi lazım olmayıb. Ekspedisiya işləri tarix elmləri namizədi Njde Yeranyanın rəhbərliyi altında aparılır. Abidə həm hərbi münaqişə nəticəsində, həm də hava şəraitindən zərər çəkib”, - deyə o bildirib. Yuxarı Məscid ermənilər tərəfindən fars məscidi kimi təqdim olunur. Qeyd edək ki, Gövhər Ağa Cümə məscidi kimi tanınan Yuxarı Məscid 1768-ci ildə Qarabağ xanı İbrahim xanın göstərişi əsasında inşa edilməyə başlayıb. Lakin sonradan məscidin inşası dayanıb. İbrahim xanın varisi Gövhər Ağa memar Kərbəlayi Səfi xan Qarabağinin köməyi ilə yalnız 1883-cü ildə məscidin tikintisini yekunlaşdırıb. Sovet dövründə məscidin binasında tarixi-arxeoloji muzey fəaliyyət göstərib. Azərbaycan müstəqillik əldə etdikdən sonra məscid fəaliyyətini bərpa edib.
27 Mart, 2017 13:07 ⁄ Baxılıb: 1506
Bu bölmədə19 Aprel, 2024 Mingəçevirdə 20 yaşlı oğlan bıçaqlandı18 Aprel, 2024 31 yaşlı kişi tövlədə özünü asdı17 Aprel, 2024 Aytən Səfərova yol qəzasına düşüb – Ölən var1 Mart, 2024 Göyçayda 1 nəfər kanalda batıb27 Fevral, 2024 Bakıda həkim sevgilisi ilə birgə xanımını döydü |