Simsar.az | bizi özünüzə Simsar bilin
İrandan Azərbaycana narkotik gətirən qadın saxlanılıb

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən Simsar.az -a verilən məlumata görə, yoxlama zamanı xanım vətəndaşın alt geyimində 1 ədəd bükümdə, xalis çəkisi 0,995 qram, daxili orqanında isə 3 ədəd bükümdə, xalis çəkisi 163,920 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

27 Mart, 2017  12:49 Baxılıb: 1194

Bu bölmədə