Simsar.az | bizi özünüzə Simsar bilin
BDU - da III Yaponiya Mədəniyyəti Festivalı keçiriləcək

Bakıda III Yaponiya Mədəniyyəti Festivalı keçiriləcək. Simsar.az xəbər verir ki, tədbir aprelin 22-də Bakı Dövlət Universitetində keçiriləcək.

Festival çərçivəsində yapon rəqsləri nümayiş olunacaq, yapon mahnıları üzrə musiqi yarışması keçiriləcək, yapon filmlərin, eləcə də yapon dilində "Tıq-tıq xanım" cizgi filminin nümayişi təşkil ediləcək.

Bundan əlavə, festival zamanı oriqami, ikebana və Yaponiyanın digər yaradıcı sənət növləri üzrə master-klass keçiriləcək.

27 Mart, 2017  12:08 Baxılıb: 1897

Bu bölmədə