Simsar.az | bizi özünüzə Simsar bilin
Tramp Ağ Evdə yeni idarə açır: rəhbəri kürəkəni olacaq

ABŞ prezidenti Donald Tramp bazar ertəsi Ağ Evdə geniş səlahiyyətlərə malik yeni idarənin yaradılması barədə elan etməyi planlaşdırır. "Washington Post" həmin idarənin rəhbəri vəzifəsinə Trampın müşaviri və kürəkəni Cared Kuşnerin təyin ediləcəyi barədə yazıb.

Yeni yaradılan idarənin vəzifələrinə federal bürokratik sistemin işinə nəzarət edilməsi və Trampın seçkiöncəsi verdiyi əsas vədlərin yerinə yetirilməsi üzrə işlərin aparılması aid olacaq.

İdarənin işçi ştatına gəlincə, məlumata görə, burada sabiq kommersiya rəhbərləri çalışacaqlar. Onların bir nömrəli vəzifəsi isə hökumətin işini yeni ideyalarla zənginləşdirmək olacaq.(Trend)

27 Mart, 2017  11:29 Baxılıb: 1744

Bu bölmədə