Simsar.az | bizi özünüzə Simsar bilin
Əbülfəs Qarayev İsmayıllıya gedəcək

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev martın 29-da İsmayıllıda vətəndaşları qəbul edəcək. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az -a verilən məlumata görə, qəbula Ağsu, Qəbələ, Qobustan, İsmayıllı və Şamaxı rayonlarından olan vətəndaşlar qatılacaq.

Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə qəbula yazıla bilərlər.

27 Mart, 2017  11:19 Baxılıb: 1650

Bu bölmədə