Simsar.az | bizi özünüzə Simsar bilin
İlham Əliyev Banqladeş prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Banqladeş Prezidenti Əbdül Həmidə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Banqladeş xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".


25 Mart, 2017  20:43 Baxılıb: 1259

Bu bölmədə