Simsar.az | bizi özünüzə Simsar bilin
İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan Prezidenti Prokopis Pavlopulosa təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Yunanıstan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yunanıstan xalqına daim sülh və rifah arzulayıram".

Simsar.az


24 Mart, 2017  21:33 Baxılıb: 1203

Bu bölmədə