Pulsuz dərmanla təmin edilən hepatitli xəstələrin sayı açıqlandı
Ötən il Azərbaycanda B və C hepatit xəstəliklərindən əziyyət çəkən 1766 xəstəyə dövlət tərəfindən pulsuz dərman preparatı verilib. Trend-in məlumatına görə, bu, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabat"ında qeyd edilib. Hesabatda deyilir ki, B və C hepatit xəstəlikləri ilə mübarizə tədbirlərinin gücləndirilməsi, xəstələrin qeydiyyatının yaxşılaşdırılması, müalicəsinin təkmilləşdirilməsi məqsədi ilə Səhiyyə Nazirliyində yaradılan müvafiq komissiya tərəfindən 2648 xəstə müayinə olunub. Onlardan 1766 nəfəri pulsuz dərman preparatları ilə müalicəyə cəlb edilib. B hepatit xəstəliyinə qarşı tətbiq edilmiş peyvənd nəticəsində xəstəlik halları 14 yaşına qədər uşaqlar arasında praktik olaraq, qeyd olunmur.
24 Mart, 2017 11:02 ⁄ Baxılıb: 1091
Bu bölmədə24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək18 Aprel, 2024 Ağcabədi rayonunun 110 min manatlıq yolu... FOTO |