Sami Yusuf: "Çox heyif ki, mahnıda mədəniyyət, milli musiqi alətləri yoxdu"
Simsar.az xəbər verir ki, məşhur müğənni Sami Yusuf bu gün Heydər Əliyev adına sarayda konsert verəcək. Konesrtdən əvvəl media nümayəndələri ilə görüşən sənətçi onların suallarını cavablandırıb. "Bu gün burada iştirak etdiyiniz üçün sizə təşəkkürümü bildirirəm. Novruz bayramınız mübarək olsun. Hər zaman dediyim kimi Azərbaycanın mənim qəlbimdə xüsusi yeri var və burada çıxış etdiyim üçün fəxr edirəm" deyən dünya şöhrətli ifaçı yaradıcılığında daha çox adət-ənənələrə, mədəniyyətə üstünlük verdiyini söyləyib. Müğənni daha sonra xalq artisti Alim Qasımovla eyni səhnəni bölüşüb-bölüşməyəcəyi sualını cavablandıraraq bildirib ki, konserti izləməyə gələnlərə xoş sürpriz yaşadacaq. Konfrans zamanı müğənni "Eurovision" mahnı müsabiqəsində Ermənistan təmsilçisini dəstəkləməsi barədə yayılan xəbərlərin yalan məlumat olduğunu deyib: " Bu barədə yazılan xəbərlər yalandır. Məndən Azərbaycanın "Eurovision"da təmsil olunduğu mahnı barədə soruşulub. Cavab olaraq bildirdim ki, çox heyif ki, mahnıda mədəniyyət, milli musiqi alətləri yoxdur. Ermənistan isə çox təəssüf ki, bacardıqları qədər milliliyə üstünlük verirlər. Konfransda "Velizade Production"nın rəhbəri Tural Vəlizadə də konsert barədə danışıb: "Sami Yusuf nəinki ölkəmizdə bütün dünyada sevilən ifaçıdır. Sizə deyim ki, bu konsertlə bağlı yalnız paytaxtımızdan deyil, respublikamızın bütün bölgələrindən zənglər gəlir. Hər kəs bu konsertdə iştirak etmək istəyir. İnşallah gələcəkdə Sami Yusufun konsertini 25 minlik zalda təşkil etmək fikrim var". Cəmilə Məmmədova
22 Mart, 2017 13:46 ⁄ Baxılıb: 2097
Bu bölmədə18 Aprel, 2024 Azərbaycan baleti İtaliya səhnəsində20 Fevral, 2024 Xalq artisti Leyla Şəripova vəfat edib – KİV25 Noyabr, 2023 İlham Qasımov Heydər Əliyev Sarayına direktor təyin olundu1 Noyabr, 2023 Aybəniz Haşımova və tələbələri Biləsuvarda |