Simsar.az | bizi özünüzə Simsar bilin
Sumqayıtda yanğın olub

Sumqayıt şəhərində yanğın qeydə alınıb. Simsar.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində vətəndaşa məxsus ümumu sahəsi 120 m² olan taxta konstruksiyadan ibarət birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 15 m² və dam örtüyü 40 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 05:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


22 Mart, 2017  09:45 Baxılıb: 1177

Bu bölmədə