Simsar.az | bizi özünüzə Simsar bilin
4 yaşlı uşaq dərmandan zəhərləndi

Tovuzda 4 yaşlı uşaq dərmandan zəhərlənib. Rayonun Çeşməli kənd sakini, 2013-cü il təvəllüdlü Qarayev Faiq Samir oğlu dərman zəhərlənməsi əlaməti ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, dörd yaşlı uşaq nənəsinin sakitləşdirici dərman preparatlarını qəbul etdiyinə görə zəhərlənib.

17 Mart, 2017  15:40 Baxılıb: 1702

Bu bölmədə