Simsar.az | bizi özünüzə Simsar bilin
Əflatun Amaşovdan TƏKLİF

Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov kütləvi informasiya vasitələri üçün idxal olunan qəzet kağızı və hazır çap məhsulları üzərindən əlavə dəyər vergisinin götürülməsini təklif edib.

Milli Məclisdə Nazirlər Kabinetinin 2016-cı ildəki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı Ə. Amaşov bildirib ki, ƏDV-nin tətbiqi medianın iqtisadi durumuna mənfi təsir göstərir. O qeyd edib ki, media həssas sahədir və KİV məhsullarının ƏDV-yə cəlb edilməsindən əldə edilən gəlir elə də yüksək deyil: “Cəmi yarım milyon manatdır. Bu, cüzi rəqəmdir. Belə olan halda medianın iqtisadi durumu və onun yerinə yetirdiyi ictimai missiya nəzərə alınmalıdır. Təklif edirəm ki, mətbuatın indiki durumunu nəzərə alaraq ölkəyə gətirilən qəzet kağızı və hazır çap məhsulları üzərindən əlavə dəyər vergisi götürülsün. Hər kəsi bu təklifimi dəstəkləməyə çağırıram”. (apa)

17 Mart, 2017  14:43 Baxılıb: 1594

Bu bölmədə