Simsar.az | bizi özünüzə Simsar bilin
Zakiri Həsənov Çingiz Qurbanovun 40 mərasimində iştirak edib

Bu gün Milli Qəhrəman Çingiz Qurbanov 40 mərasimi keçirilir. Mərasimdə müdafiə naziri general-polkovnik Zakir Həsənov da iştirak edib. Milli Qəhrəmanın 40 mərasiminə rayonun  müxtəlif təşkilat və qurumların əməkdaşları qatılıb.

Bu gün həmçinin, Çingiz Qurbanovun haqqında yazılmış Çingiz dastanı" kitabının da təqdimatı olub.

Qeyd edək ki, Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da şəhid olub. Onun nəşi 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb.

Fevralın 7-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi barədə sərəncam imzalayıb. (apa)


17 Mart, 2017  13:29 Baxılıb: 1633

Bu bölmədə