Simsar.az | bizi özünüzə Simsar bilin
Sabah hava yağmurlu olacaq

Bakı və Abşeron yarımadasında martın 18-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə duman, axşam çiskin olacaq. Cənub küləyi əsəcək.

ETSN-dən Simsar.az-a  verilən məlumata görə, havanın temperaturunun gecə 3-6° isti,  gündüz 8-13° isti, Bakıda gecə 3-5° isti, gündüz  11-13° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  762 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət  gecə 75-85 %, gündüz 60-65 %  təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Gündüz qərb rayonlarından başlayaraq yağış, dağlıq ərazilərdə  qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-6° isti, gündüz 11-16° isti, dağlarda gecə 0-5°şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.

17 Mart, 2017  13:27 Baxılıb: 1527

Bu bölmədə