Simsar.az | bizi özünüzə Simsar bilin
80 yaşlı məhkum əfv sərəncamı ilə azadlığa çıxıb

Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə həbsdən buraxılanlar arasında İsmayıllı hadisələrinə görə tutulan şəxs də var.

Əfv sərəncamı Penitensiar Xidmətin Şəkidə yerləşən Cəzaçəkmə Müəssisəsində 14 məhkuma şamil edilib. Onlardan 1989-cu il təvəllüdlü Cəfərov Cəfər Pənah oğlu İsmayıllı hadisələrinə görə məhkum olunub.

Əfv olunanlardan daha bir məhkumun isə 80 yaşı var. 1937-ci il təvəllüdlü Məmmədov Məmmədiyə Seyid oğlu qətldə təqsirləndirilərək Şəki Ağır Cinayətlər Məhkəməsinin 2013-cü il 23 may tarixli hökmü ilə məhkum edilib.(apa)

17 Mart, 2017  12:07 Baxılıb: 1632

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası