Simsar.az | bizi özünüzə Simsar bilin
Kəmaləddin Heydərov İranlı nazirlə görüşüb

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov martın 16-də İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

FHN-in mətbuat xidmətindən verilən məlumata görə, Kəmaləddin Heydərov bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin İran İslam Respublikasına son səfəri ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə təkan verib.

Ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərdən də ətraflı bəhs edən nazir vurğulayıb ki, qonşu və dost İranın müvafiq hökumət qurumları ilə əməkdaşlığın böyük perspektivləri mövcuddur.

Səmimi qəbula görə təşəkkürünü bildirən nazir Mahmud Vaezi son illər İranla Azərbaycan arasında əlaqələrin bütün sahələrdə güclənməsindən məmnunluğunu ifadə edib.

İranlı nazir qeyd edib ki, onun təmsil olunduğu hökumət fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır.

16 Mart, 2017  18:51 Baxılıb: 1312

Bu bölmədə