Bayram Hüseynzadə prorektor təyin olundu
Bakı Mühəndislik Universitetində yeni kadr təyinatı olub. Bakı Mühəndislik Universitetindən APA-ya verilən xəbərə görə, “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Bayram Hüseynzadə Bakı Mühəndislik Universitetinə prorektor təyin edilib. B.Hüseynzadənin prorektor təyinatı ilə bağlı əmr martın 15-də imzalanıb. O, humanitar məsələlərə nəzarət edəcək. Keçmiş Qafqaz Universitetinin prorektoru Həmidağa Orucov yenidən tədris işləri üzrə prorektor vəzifəsini icra edəcək. Ali məktəbin digər prorektoru Havar Məmmədov isə müvəqqəti olaraq rektor səlahiyyətlərini icra edir. Jurnalist Nurəddin Heydərov isə "Azərbaycan müəllimi" qəzetinə baş redaktor təyin olunub.
16 Mart, 2017 18:45 ⁄ Baxılıb: 1620
Bu bölmədə19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək18 Aprel, 2024 Ağcabədi rayonunun 110 min manatlıq yolu... FOTO18 Aprel, 2024 “WhatsApp”da yeni funksiya var |