Simsar.az | bizi özünüzə Simsar bilin
Qənirə Paşayeva: Ya adını dəyiş, ya əxlaqını...

Makedoniyalı İsgəndər yaxşı əxlaqı olmayan,

amma adının gözəl anlamı olan birini yanına çağırıb deyir:

Ya adını dəyişdir, ya da əxlaqını...

Deyirəm, nə qədər böyük bir hikmətdir! Söz kimi sözdür –

fateh sözü!

Təəssüf ki, insanlar bəzi hallarda onlara verilən adların

sorumluluğunu anlamırlar...

Bəzən toplumda o qədər gözəl və qutsal ad daşıyan insanlar

görürük ki, adları ilə əxlaqları, əməlləri tərs mütənasib olur...

Özəlliklə də Allahın 99 adından birini daşıyanlar və adlarının

anlamlarına tamamən zidd olanları, əməlləri və əxlaqı ilə Allahın

gözəl adlarından birini daşımağa layiq olmayanları görəndə adam

az qalır, yaxınlaşıb Makedoniyalı İsgəndər kimi “qardaşım, bacım,

ya adını dəyiş, ya da əxlaqını!” demək istəyir. Adının anlamına nə

qədər tərs adamları görürük...

* Mərhəmətsiz və bağışlayıcı olmayan Rəhimləri,

* rəhmət qazanmaqdan çox uzaq, şəfqətli olmayan Rəhmanları,

* adil olmayan Adilləri,

* savadsız, cahil Alimləri,

* böyük ola bilməyən Əzimləri,

* hiddətləri ilə belə uca ola bilməyən Cəlilləri,

* bağışlayıcı ola bilməyən Qafarları,

* günahları əhv edə bilməyən, bağışlaya bilməyən, kinli Qafurları,

* hidayətverici olmayan Hadiləri,

* qoruyucu ola bilməyən Hafizləri,

* övgüyə layiq olmayan Həmidləri,

* keyfiyyətcə cılız (qədirbilməz) Qədirləri,

* comərd olmayan Kərimləri,

* incə,lətafətli olmayan Lətifləri,

* şərəfi olmayan Məcidləri,

* sağlam olmayan Mətinləri,

* doğru yolda olmayan (doğru yola sizi çatdırmaq, göstərmək

bir yana insanları əyri yola çəkən) Rəşidləri,

* Allahını tanımayan, onun təkliyini, şəriksizliyini tanımayan

Vahidləri,

* bir bəndəyə heç nəyi qarşılıqsız verməyən Vahabları,

* Allaha təvəkkül edənlərə heç bir yardım etməyən Vəkilləri,

* özünü Allaha yaxın hesab etməyən Vəliləri,

varlığı qaranlıq olan Zahirləri...

görəndə insan yaxınlaşıb o mübarək sözü demək istəyir:

qardaşım ya bu adı dəyişdir ya da özünü demək istəyir...

Bəli, hər bir insan daşıdığı adın sorumluluğunu dərk etməlidir!

Allahın adlarından birini daşıyan adam daşıdığı adın

sorumluluğunu dərk etməlidir, ya da onu könüllü dəyişməlidir...

Gözəl əxlaqı ilə adından əsirlərdir söz etdirən Hz. Məhəm -

mədin adını daşıyan kəs o adın məsuliyyətini dərk etməlidir...

Bu siyahını xeyli uzatmaq olar, təbii...

Əziz oxucum, nə vaxtsa heç ürəyinizdən İsgəndər kimi birinə

ya adını dəyiş, ya da əxlaqını demək istədinmi? Belə bir durumla,

halla üzləşdinmi? – Əminəm, üzləşmisən. Əslində bunu dostcasına

söyləmək heç də pis fikir olmasa, gərək –

Ya adını dəyiş, ya da əməllərini...

Ya adını dəyiş, ya da əxlaqını...

Ya adını dəyiş, ya da özünü...

16 Mart, 2017  18:18 Baxılıb: 1297

Bu bölmədə