Simsar.az | bizi özünüzə Simsar bilin
Angela Merkel Moskvaya gedəcək
Almaniya kansleri Angela Merkelin Moskvaya səfəri razılaşdırılıb, lakin dəqiq tarixi daha sonra elan ediləcək.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Səfər razılaşdırılıb və hazırlanır, tarixini isə federal kanslerin idarəsi ilə birlikdə müəyyən edilmiş qaydada elan edəcəyik”, - Peskov “RİA Novosti” agentliyinə deyib.
Bundan öncə Almaniya KİV Merkelin mayın 2-də Moskvaya səfər edəcəyini bildirmişdi.(virtual)
16 Mart, 2017  15:26 Baxılıb: 1419

Bu bölmədə