Simsar.az | bizi özünüzə Simsar bilin
“Neft Daşları” yatağında yeni quyu qazılır

“Neft Daşları” yatağındakı 602A nömrəli stasionar dəniz özülündən 2668 nömrəli quyuda qazma işlərinə başlanılıb.

"Report" bu barədə Simsar.az-a istinadən xəbər verir.

“Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməkialtı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1 550 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft və 1 000 kubmetr qaz hasil olunacağı nəzərdə tutulur.

16 Mart, 2017  14:30 Baxılıb: 1493

Bu bölmədə