Simsar.az | bizi özünüzə Simsar bilin
Türkiyəli futbol qapıçısını öldürdülər

Hadisə borc üstündə olub

Türkiyənin Konya şəhərində 2-ci liqada yarışan “Şəkərspor” futbol klubunun qapıçısı Gürsel Yaprakçı öldürülüb. Simsar.az-ın məlumatına görə, qətl hadisəsi borc üstündə törədilib. 

Yaprakçı və dostu onlara borcu olan 60 yaşlı Sadik Çakar və övladlarının çalışdığı məkana yollanıb. Orada iki qrup arasında münaqişə başlayıb. Tədricən münaqişə silahlı atışmaya keçib. Bu zaman Yaprakçı, dostu və qarşı tərəfdən 2 nəfər yaralanıb. 24 yaşlı qapıçını xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.

1 İyun, 2011  16:27 Baxılıb: 1054

Bu bölmədə