Simsar.az | bizi özünüzə Simsar bilin
Gənc yazar intihar etdi

Bakıda intihar hadisəsi baş verib.

Paytaxtın Binəqədi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə 7-ci mikrorayonda, Axundov küçəsində qeydə alınıb.

Binəqədi rayonunda yaşayan 1989-cu il təvəllüdlü Abdullayev Mövlud İsmayıl oğlu həmin küçədə yerləşən binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib. M. Abdullayev hadisə yerində ölüb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edəki ki, intihar edən şəxs gənc yazar Mövlud Mövluddur.

16 Mart, 2017  11:16 Baxılıb: 1471

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası