Simsar.az | bizi özünüzə Simsar bilin
Tapılan meyit neftçiyə məxsusdur

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış – xilasetmə əməliyyatları davam etdirilir. Axtarış – Xilasetmə Qərargahından Simsar.az-a verilən xəbərə görə, həyata keçirilən axtarış – xilasetmə əməliyyatları nəticəsində martın 13 – də aşkar edilən kişi meyitinin, «Azneft» İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1saylı neft qaz çıxarma sahəsində “nasos qurğularının maşinisti” vəzifəsində çalışmış 1970 – ci il təvəllüdlü Abbasov Ramiz Qulu oğluna məxsus olduğu müəyyən edilib. Mərhumun meyiti ailəsinə təhvil veriləcək.

15 Mart, 2017  18:53 Baxılıb: 1509

Bu bölmədə