Simsar.az | bizi özünüzə Simsar bilin
Petrosyan: Azərbaycan müharibəyə başlaya bilər

«Qarabağ münaqişəsinin həlli sona yaxınlaşır»

Simsar.az-ın tert.am saytına istinadən verdiyi məlumata görə, mitinqdə çıxış edən Erməni Milli Konqresinin (EMK) lideri Levon Ter-Petrosyan bir sıra məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsindən də danışıb.
«Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi sona yaxınlaşır. Bu proses növbəti dəfə iflasa uğrayarsa, Azərbaycanın müharibəyə başlamaq təhlükəsi reallığa çevriləcək. Bu halda hakimiyyət xalqın ona inanmadığını, nifrət etdiyini bilə-bilə müharibəyə gedəcək, nəticədə ağırlıq yenə də bizim oğullarımızın üzərinə düşəcək», - deyə L.Ter-Petrosyan bildirib: «İstənilən halda, Dağlıq Qarabağ münaqişəsi Ermənistanda daxili siyasətə təsir göstərən əsas amillərdən biri olaraq qalacaq. Münaqişənin həlli prosesində ciddi dəyişikliklərin gözlənildiyini isə Dovil bəyanatından görmək mümkündür».

Müxalifət lideri Ermənistanın ağır sosial-iqtisadi durumda olduğunu da söyləyib. O, ölkədə insan haqlarının getdikcə daha çox pozulduğunu, bu vəziyyətin getdikcə daha da pisləşəcəyini söyləyib.
EMK lideri hakimiyyətə irəli sürdükləri tələblərin bəzilərinə əməl olunduğunu, bu səbəbdən də hakimiyyətlə «formal dialoqa» gedə biləcəklərini bildirib: «Yəni dialoq ancaq nümayəndələr səviyyəsində ola bilər. Yaxın günlərdə bunun üçün 3-5 nəfərdən ibarət nümayəndə heyətimizi müəyyənləşdirəcəyik».

Qeyd edək ki, mitinqdən sonra kütlə Ermənistanın mərkəzi küçələrilə yürüş edib və sonda yenidən Azadlıq meydanına qayıdıb. Aksiyanı bu günlərdə azadlığa çıxmış müxalifətçi «Haykakan jamanak» qəzetinin baş redaktoru Nikol Paşinyan aparıb.

1 İyun, 2011  16:20 Baxılıb: 1018

Bu bölmədə