Simsar.az | bizi özünüzə Simsar bilin
Bu obyektlərə baxış keçiriləcək

“Birinci mikrorayonda 1 travmatologiya dispanseri, 2 uşaq bağçası, 1200 nəfərlik 1 məktəb, 1 poliklinika, 1 uşaq yaradıcılıq mərkəzi var. Həmin sosial obyektlərə baxış keçiriləcək. Bu obyektlərin vəziyyəti qənaətbəxş olsa, onlar sökülməyəcək. Yox əgər, vəziyyətləri qənaətbəxş olmayacaqsa, onlar da söküləcək və yeniləri inşa olunacaq”. APA-nın xəbərinə görə, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bu gün keçirdiyi brifinqdə deyib.

E. Əsədov 1-ci mikrorayondakı ticarət və kommersiya məqsədləri üçün istifadə olunan qeyri-yaşayış sahələrinin də taleyinə aydınlıq gətirib. O qeyd edib ki, ticarət və kommersiya obyektlərinin kompensasiya məsələsi ərazidə tikinti aparacaq şirkətlər tərəfindən qarşılanacaq: “Qeyri-yaşayış sahələrinin sahibləri istəsələr öz obyektlərini birdəfəlik sata və yeni inşa olunacaq obyektlərə iddiaçı olmaya bilərlər”

15 Mart, 2017  16:20 Baxılıb: 1550

Bu bölmədə