Simsar.az | bizi özünüzə Simsar bilin
Bayram tonqallarında 6 uşaq yanıq xəsarəti alıb

İlaxır çərşənbəsi axşamı Bakıda yandırılan tonqallarda 6-sı uşaq olmaqla 7 nəfər yanıq xəsarəti alıb.

Bunu "Report"un sorğusuna cavab olaraq Respublika Yanıq Mərkəzindən bildiriblər.

Məlumata görə, ötən gecə mərkəzə 7 nəfər gətirilib. Onlardan 6 nəfəri uşaq, biri isə 73 yaşlı şəxs olub: "Onlar Bakının müxtəlif ərazilərində yandırılan bayram tonqallarında yanıq xəsarətləri alıblar. Uşaqlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. 73 yaşlı kişinin müalicəsi isə mərkəzdə davam etdirilir".

15 Mart, 2017  15:34 Baxılıb: 1063

Bu bölmədə