Simsar.az | bizi özünüzə Simsar bilin
Metronun "Ulduz" stansiyasında intihar cəhdi

Bakıda metro stansiyasında intihara cəhd hadisəsi baş verib. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev  bildirib ki, hadisə bu gün saat 10:40 radələrində metronun " Ulduz" stansiyasında baş verib. 1961-ci il təvəllüdlü Kərimova Hüsniyyə Tufan qızı qatar platformaya daxil olarkən özünü qatarın altına atıb. Maşinist dərhal qatarı saxlayıb və qadın relslərin arasından çıxarılıb.

İntihara cəhdin səbəbləri hələlik məlum deyil.

15 Mart, 2017  12:32 Baxılıb: 2006

Bu bölmədə