Simsar.az | bizi özünüzə Simsar bilin
AŞPA-nın yaz sessiyasının gündəliyi açıqlanıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının gündəliyi açıqlanıb.

"Report" Assambleyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, AŞPA-nın növbəti plenar iclası bu il aprelin 24-dən 28-dək Strasburqda keçiriləcək.

Sessiya zamanı AŞPA-nın vitse-prezidenti, AİHM hakimləri vəzifələrinə seçkilər keçiriləcək, Büro və Daimi Komitənin hesabatları dinləniləcək. Parlamentarilər Bolqarıstanda keçirilmiş parlament seçkilərinin monitorinqinin nəticələrinə, Türkiyənin demokratik institutlarının fəaliyyətinə dair hesabatları müzakirə edəcəklər.

AŞPA deputatları önündə Avropa Şurasının baş katibi Tyurbyorn Yaqland və Yunanıstan Prezidenti Prokopis Pavlopulos çıxış edəcəklər.

14 Mart, 2017  17:52 Baxılıb: 1605

Bu bölmədə