Simsar.az | bizi özünüzə Simsar bilin
Səfir: "İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"

Bunu Şabranda səfərdə olan İsrailin Azərbaycandakı səfiri Dan Stav deyib. “Biz ümid edirik ki, Azərbaycan və Ermənistan bu münaqişəni sülh yolu ilə həll edəcəklər”, - deyə o, söyləyib. Səfir bütün münaqişələrin sülh yolu ilə həll olunmasının vacibliyini vurğulayıb: “Biz öz təcrübəmizə əsaslanaraq deyə bilərik ki, münaqişənin sülh yolu ilə həll olunmasını dəstəkləyirik. İsrail qonşuları ilə bir sıra müharibələr keçirib, əsgərlər həlak olublar. Ona görə də biz müharibənin nə qədər fəlakət yaratdığını bilirik. Bu sahədə İsrailin əldə etdiyi ən böyük nailiyyət Misir və İordaniya ilə razılıqdır".

14 Mart, 2017  17:07 Baxılıb: 1444

Bu bölmədə