Körpələrə göy cisimləri, planetlərin adları verilir
Azərbaycanda doğulan körpələrə müxtəlif planet və göy cisimlərinin adları da verilir. Körpələrə Günəş adı daha çox qoyulub. Belə ki, son beş ildə 684 körpəyə Günəş, 111-nə Ulduz, 83-nə Səyyarə adı qoyulub. Bundan başqa, son beş ildə 105 körpəyə Dünya, 83-nə Dünyamin, 8-nə Venera, 5-nə Kainat adı verilib. Hətta körpələrə Yerhan, Uran adlarını verənlər də var. Yerin təbii peyki olan Ay özü ad kimi verilməsə də, körpələrə bu sözün istifadəsi ilə yaranan adlar qoyulur. Belə adlardan daha çox qoyulanlar Aylin, Ayan, Ayxan, Aysu, Aydan, Ayla, Aysun, Aytac, Aysel, Aynur, Ayşən, Ayaz, Aytən, Aygün, Aynişan, Aynur, Ayhan, Aytəkin, Aydəniz, Aytək və s. adlardır. Bundan başqa, uşaqlara Günəşnur, Günəşli, Ulduzə, Ulduzxan, Ulduznur, Ulduza, Dünyaxanım, Dünyamalı, Dünyabəyim, Dünyam, Dünyanur, Dünyani, Dünyaməli, Səyyarəxanım və s. adlar da verilib.(report)
14 Mart, 2017 16:25 ⁄ Baxılıb: 2376
Bu bölmədə17 Yanvar, 2020 Doşabın faydaları14 Yanvar, 2020 Alimlər Günəş sisteminin əsas sirrini açıblar17 Dekabr, 2019 Zelenski Bakıda mühafizəçilərsiz oyuncaq mağazasında - FOTO29 Oktyabr, 2019 Günəş sistemində yeni planet tapıldı |