Simsar.az | bizi özünüzə Simsar bilin
Ali Məhkəmə keçmiş “OMON”çuların şikayətini təmin etmədi

Bu gün Ali Məhkəmədə ömürlük azadlıqdan məhrum edilmiş Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladovun məhkəmə qərarından verdikləri kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib. Prosesə hakim Fərhad Kərimov sədrlik edib. Kassasiya şikayəti təmin olunmayıb. Bakı Apelyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, hər üç şəxs 1996-cı ildə məhkəmənin hökmü ilə ölüm cəzasına məhkum edilib. Sonradan onların cəzaları ömürlük azadlıqdan məhrumetmə ilə əvəz olunub. Keçmiş “OMON”çular Qaradağ Rayon Məhkəməsinə müraciət edərək cəzalarının 20 illik həbslə əvəz edilməsini istəyiblər. Məhkəmə işin icraata qəbul edilməsindən imtina edib. Həmin qərardan apelyasiya şikayəti verilib. Bakı Apelyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Daha sonra məhkumlar Ali Məhkəməyə müraciət ediblər.

14 Mart, 2017  12:48 Baxılıb: 1478

Bu bölmədə