Simsar.az | bizi özünüzə Simsar bilin
İsrail səfiri Xaçmazda olub

İsrail dövlətinin Azərbaycandakı səfiri Dan Stav Xaçmaz rayonunda olub. Diplomat Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevlə görüşüb. İH başçısı qonağa rayon haqqında ətraflı məlumat verib.

D. Stav Heydər Əliyev Mərkəzində, Xalça Muzeyində, Şəxsiyyətlər Muzeyində, Rəsm Qalereyasında, Bayraq meydanında, Çənlibel parkında, eləcə də rayonda fəaliyyət göstərən Konserv zavodunda və Yalama aqroparkında olub.

Səfirin şimal bölgəsinə səfəri çərçivəsində Şabran və Xızı rayonlarına da baş çəkməsi planlaşdırılır.

14 Mart, 2017  11:15 Baxılıb: 1041

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası