Simsar.az | bizi özünüzə Simsar bilin
Fikrət Məmmədova kimin nə sualı var?

Ədliyyə naziri Fikrət Məmmədov martın 16-da Beyləqan rayonunda vətəndaşların qəbulunu keçirəcək.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, Beyləqan rayonu Heydər Əliyev Mərkəzində (ünvan: Beyləqan şəhəri, Heydər Əliyev prospekti) keçiriləcək qəbulda Beyləqan, İmişli, Füzuli və Xocavənd rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbula İmişli regional ədliyyə idarəsi (ünvan: İmişli şəhəri, S.Qazıyeva küçəsi, bina 12a; əlaqə telefonu: (02124) 6-26-94, 050 449-59-57), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları, contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə, eləcə də Beyləqan rayonu Heydər Əliyev Mərkəzində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

13 Mart, 2017  14:37 Baxılıb: 1590

Bu bölmədə