Simsar.az | bizi özünüzə Simsar bilin
Əli Mirəliyev sözünü dandı

Azərbaycanın qalmaqallı müğənnisi Əli Mirəliyev xalq artisti Nazpəri Dostəliyevanın ünvanına ATV-nin «Gün keçir» verilişində səsləndirdiyi fikirlərdən imtina edib.

Simsar.az-ın məlumata görə, Ə.Mirəliyev deyib: «Nazpəri Dostəliyeva yaxşı oxuyur, ifasını bəyənirəm. Vaxtilə Azərbaycan televiziyasında onu Elşad Quliyevə tərifləmişəm. Ailəsini tanıyıram. Onunla münaqişəm olması və bu səbəbdən haqqında danışdığım barədə xəbərlər yersizdir. Mən sadəcə demişəm ki, bəzən mahnılara əlavə xallar vurur. Bunu musiqi adamı kimi demişəm. Mənim o xanım haqqında təhqir və ya başqa fikirlərim ola bilməz”.

Ə.Mirəliyev N.Dostəliyeva ilə aralarındakı münasibətin mətbuata təhrif olunmuş şəkildə çıxdığını söyləyib: "Bundan sonra Nazpəri Dostəliyeva barəsində mənə sual verməyin. Bu mənim onun barəsində son fikirlərimdir".

Xatırladaq ki, Mirəliyev N.Dostəliyevanı «oxuya bilməməkdə» günahlandırmışdı.

1 İyun, 2011  02:39 Baxılıb: 1378

Bu bölmədə