Simsar.az | bizi özünüzə Simsar bilin
Kürdəmirdə kəndlərarası yollar yenidən qurulur

Kürdəmir rayonu Karrar-Bağman-Böyük Kəngərli kəndlərarası avtomobil yolunun yenidən qurulması işləri “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə aparılır.

“Azəravtoyol” ASC-dən Simsar.az -a verilən məlumata görə, yenidənqurma işləri nəticəsində xüsusən payız-qış mövsümündə torpaq və çınqıl örtüklü yolla hərəkətdə yaşanan problemlər tam olaraq aradan qaldırılmış olacaq. Həmçinin, yol boyu yaşayan vərəndaşların Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat və maneəsiz çıxış əldə etməklə, yük və sərnişin daşımasının xeyli asanlaşması nəzərdə tutulub. Bu isə öz növbəsində insanların yetişdirdikləri məhsulları rahat şəkildə daşıması ilə sözügedən ərazidə kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq.

4-cü texniki dərəcəyə uyğun yenidənqurulan Karrar-Bağman-Böyük Kəngərli avtomobil yolunun ümumi uzunluğu 34 km, mövcud eni 6 metr təşkil edir. Hazırda ərazidə 10 metr enində yol yatağının və yol əsasının tikintisi işləri aparılır. Yenidənqurulan yolun hərəkət hissəsinin eni layihə çərçivəsində 6 metr, çiyinlərin eni isə 2 metr təşkil edəcək. Tikintisi aparılan yol 2 hərəkət zolağından ibarət olacaq.

Torpaq işləri bitdikdən sonra yolun 200 min m2-dan çox sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır. Eyni zamanda, tikinti işləri çərçivəsində avtomobil yolunun altından suların ötürülməsi, əkin sahələrinin suvarılması üçün 11 ədəd suötrücü boruları quraşdırılması işləri də aparılacaq. Bundan başqa, yol üzərində yerləşən 2 ədəd avtomobil körpüsünün də əsaslı şəkildə təmiri nəzərdə tutulub. Hər iki körpünün uzunluqları 60 metr, hərəkət hissələrinin eni isə 5-6 metr təşkil edir. Tikinti işləri bitdikdən sonra yolda avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolcızgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq.

13 Mart, 2017  14:04 Baxılıb: 1096

Bu bölmədə